24 C
Bakı
18 Avqust 2026 04:11
DünyaSiyasət

ABŞ İsrailin İranla müharibəyə qoşulmaq tələbini rədd etdi

ABŞ İsrailin İranla müharibəyə qoşulmaq tələbini rədd edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Times of Israel” Vaşinqton rəsmisinə istinadən məlumat yayıb.

“ABŞ rəsmisi İsrailin xahişini təsdiqləyib və bildirib ki, Tramp administrasiyası hazırda münaqişəyə qoşulmaq barədə düşünmür”, – nəşr yazıb.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Yüksələn Aslan” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb. Həmin günün axşam saatlarında isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbələri ilə cavab verib. Tehran İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərə irimiqyaslı zərbələr endirəcəyini vəd edib. Hazırda iki ölkə arasında münaqişə davam edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dronlar, raketlər və arxa cəbhə zərbələri: NATO Rusiya üçün sürpriz hazırlayır

redaktor

Ziyaülhəqqin müəmmalı ölümü: qəza, yoxsa sui-qəsd?

redaktor

Rusiya taxıl ixracı Ukrayna hücumları səbəbindən iflic oldu

redaktor