15 C
Bakı
27 Sentyabr 2025 16:00
DünyaSiyasət

Trampdan İran açıqlaması: Şans ardınca şans verdim, daha betər olacaq

Tacxeber.com xəbər verir ki, sosial media hesabında paylaşım edən Tramp İrana razılaşma şansı verdiklərini, lakin bu fürsətdən istifadə etmədiklərini bəyan edib.

O qeyd edib ki, İran nüvə proqramı ilə bağlı indi razılığa gəlməlidir, əks halda daha dağıdıcı və ölümcül hərbi əməliyyatlarla üzləşəcək:

“Artıq böyük ölüm və dağıntı olub. Lakin hələ vaxt var. Planlaşdırılan növbəti hücumlar daha sərt olacaq. İran heç bir şey qalmadan əvvəl müqavilə bağlamalı və vaxtilə İran İmperiyası kimi tanınan ərazini xilas etməlidir. Mən İrana sövdələşmə şansı verdim. Onlara ən sərt şəkildə dedim ki, bunu etsinlər. Amma bacarmadılar”.

Tramp ABŞ-ın hərbi əməliyyata qoşulub-qoşulmayacağına işarə etməyib. Lakin İsraili İrana qarşı istifadə etmək üçün silahlandırmağa davam edəcəyini vurğulayıb.(Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin cinsi azlıqlardan danışdı: “Bu, onların hüququdur”

redaktor

Tramp Zelenski və Putinlə üçtərəfli görüşü anons etdi: “Bu, mütləq baş verəcək”

redaktor

Trampın Ərdoğana münasibəti baxımından Trampın bu gün dedikləri böyük önəm daşıyır.

admin