DünyaSiyasət

Rus qoşunlarını çıxarmayacağıq, niyyətimiz budur ki… – Paşinyan

Ermənistan Rusiya ilə münasibətləri pozmağı qarşısına məqsəd qoymur və bu ölkədə rus qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyil.

Tacxeber.comxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Praqadakı forumda deyib.

“Siz Rusiya qoşunlarının Ermənistanda olmasını qeyd etdiniz. Amma mən qeyd etmək istərdim ki, Ermənistanda Azərbaycanla sərhəddə vəziyyətə nəzarət edən Avropa Monitorinq Missiyası da var. Keçən il biz rus qoşunlarının səviyyəsini azaltdıq, lakin digər tərəfdən, indi bizim vəzifəmiz yoxdur ki, Ermənistanda rus qoşunlarının mövcudluğuna son qoyaq. Bizim başqa vəzifəmiz var: region ölkələri ilə sülhün bərqərar olması” – hökumət başçısı bildirib.

O əlavə edib ki, Ermənistan Avropa İttifaqı ilə çox sıx əməkdaşlıq edir, lakin balanslaşdırılmış xarici siyasət yürütdüyü üçün Rusiya ilə münasibətləri pozmaq məqsədi yoxdur.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Dünənə qədər taksi şoferi idin, bu milyonları NECƏ QAZANDIN?” – YAP-çı deputat kimə OD PÜSKÜRDÜ?

redaktor

Aztəminatlı işçilər iclas adı ilə prezidentliyə namizədlərlə görüşə gətirilir.

admin

“Rus ordusunda alt paltarı və corab belə çatmır” – “Körpüləri dağıda bilmirik, raket azdır…”

redaktor