26 C
Bakı
21 İyun 2025 11:44
CəmiyyətDigərŞikayət

“Hakim korpusu gəncləşdikcə, ədalət sistemimiz qocalır” Aqil Layıc

Bu gün Bakı Apellyasiya Məhkəməsində bir cinayət işinə baxılırdı, şahidi oldum. Hökmdən müdafiə tərəfi vermişdi. Hökmü Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hakimi Xalidə Əlisoy çıxarmışdı.

Belə bir hökmü çıxaran hakim bir dəqiqə belə məhkəmə sistemində saxlanıla bilməz.

 

Hanı sizin gəncləşən hakim korpusu?

Belə gəncləşmə geri addımlamaq deməkdir. Vallah billah biabırçılıqdır. İşin detalları o qədər çoxdur ki, yazmaqla bitməz. Amma tək onu deyə bilərəm ki, gənc hakimlər arasında Xalidə Əlisoy kimi məhkəmə sisteminə inamı azaldan, biabırçı qərarlara imza atan hakimlər yetərincədir. Amma səmimi deyəcəm, beləsini görməmişəm.

 

Sadəcə fəlakətdir.

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası imkan olsa Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun icraatında olan həmin işlə maraqlanın, belə hakimin fəaliyyətinin davam etdirilib-etdirilməməsinə özünüz qiymət verin. Tək bu işdə etdiyi pozuntuların çoxluğu onun fəaliyyətinə xitam üçün bəs edər. Onsuz da ictimaiyyət yetərincə qiymət verib…

Hakim korpusu gəncləşdikcə, ədalət sistemimiz nə zamana kimi qocalmaqda davam edəcək?!

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu sadəcə kiçik bir nümunədir. Vəziyyət çox bərbaddır.

 

P.S. Haqqına olaraq onu da qeyd etməliyəm ki, mülki icraatla bağlı deyil qeyd etdiklərim. Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin bu posta gəlməsi, mülki icraat sahəsində ciddi mənada müsbət dəyişikliyə səbəb olub…

 

Aqil Layıc

Tacxeber.com

Oxşar xəbərlər

Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri – VİDEO

redaktor

Sevgilisi ilə birlikdə xanımını döyən həkim sevgilisi ilə İtaliyayadadır.

admin

Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası

admin