19 C
Bakı
06 Oktyabr 2026 21:27
Dünyaİdman

Keçmiş UFC döyüşçüsü xəstəxanada dünyasını dəyişib

Keçmiş Bellator və ONE çempionu, həmçinin keçmiş UFC döyüşçüsü Ben Askren xəstəxanada dünyasını dəyişib.

Tacxeber.com-ın Sport25.pro nəşrinə istinadən xəbərinə görə, bu barədə UFC döyüşçüsü Kayo Boralyo öz sosial şəbəkə hesabında məlumat verib.

 

Məlumata görə, 40 yaşlı Ben Askren keçən həftə qəfil başlayan və digər xəstəliklərlə birlikdə ağırlaşan ağır pnevmoniya ilə xəstəxanaya yerləşdirilmişdi. Həyat yoldaşı Eminin sözlərinə görə, o, huşsuz vəziyyətdə olub və xarici təsirlərə reaksiya verməyib. Həkimlərin səyinə baxmayaraq, onun orqanizmi xəstəliyin öhdəsindən gələ bilməyib.

Askren 2019-cu ildə MMA-də karyerasını başa vurub, lakin idman ictimaiyyətində görkəmli şəxsiyyət olaraq qalıb. O, təkcə qəfəsdəki nailiyyətləri – Bellator və ONE titulları ilə deyil, həm də rəngarəng açıqlamaları, eləcə də 2021-ci ildə Ceyk Pola qarşı boks matçı ilə tanınırdı. Lakin MMA azarkeşlərinin çoxu Beni UFC-də ən sürətli nokautla tanıyırdı.

Ben Askrenin ölüm səbəbi və dəfn mərasimi ilə bağlı təfərrüat hələlik açıqlanmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zəngin dövlət, yoxsa zəngin vətəndaş?

redaktor

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

redaktor

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor