18 C
Bakı
08 Oktyabr 2026 00:44
Dünya

Putinin gecələr Kremlə getməsinin arxasında hansı səbəblər dayanır?

Ötən gecə Rusiya Prezidenti Vladimir Putin Kremlə gedib.

Tacxeber.comxəbər verir ki, “Mayakı dinlədiniz” Telegram kanalı onun gecə yarısında kortejinin Kremldə görüldüyünü bildirib.

Hələlik Kremlin mətbuat xidməti bu xəbərə reaksiya verməyib. Amma buna qədər də ölkə prezidentinin “gecə növbəsi”nə qaldığı mediada qabardılanda prezidentin mətbuat katibi Dmitri Peskov izah etmişdi ki, Putinin Kremlə gecə səfərləri fövqəladə hal deyil, tamamilə rutin tədbirdir.

Peskovun sözlərinə görə, bu hərəkətlər ilk növbədə qrafikin və nəqliyyatın rahatlığı ilə bağlıdır.

Peskovun qeyd etdiyi kimi, Putin tıxac yaratmamaq və “avtomobil sürücülərinə lazımsız narahatlıq” verməmək üçün yollar boşaldıqda axşam gec gəlir.

Bundan əlavə, səhər erkən tədbirlər olanda Putin Kremldə gecələyirmiş. Peskov qeyd edib ki, prezidentin Kremldəki “rəsmi mənzili” iş qrafiki sıxlaşdıqca istifadə olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor