Qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var… Lakin beşmərtəbəli binanın zirzəmisindən çıxarılır.
Görüntülər paytaxtın Yasamal rayonu Ağa Yusif Dadaşov ünvanındandır. Müxtəlif adlar və markalarda olan su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Su daşıyan maşınlar da həmçinin. Ətrafı da məişət tullantıları bürüyüb.
Zirzəminin qarşısında 4 maşına su yüklənirdi. Sürücülərin bildirdiyinə görə, onlar suyu sifarişlə aparırlar.
