16 C
Bakı
03 Oktyabr 2026 15:43
GündəmSiyasət

“İrandakı iğtişaşları ABŞ və İsrail planlayıb” – Xamenei

“İrandakı iğtişaşları ABŞ və İsrail planlayıb” – Xamenei

İranın dini rəhbəri ayətullah Əli Xamenei ölkədəki iğtişaşlara görə, ABŞ və İsraili günahlandırıb.

Tacxeber.az bildirir ki, o, 17 sentyabrdan bəri baş verənlərin “adi iranlılar” deyil, “sionist qüvvələr” tərəfindən planlaşdırıldığını iddia edib.

Xamenei dövlət mediasına açıqlamasında 22 yaşlı Məhsa Əmininin ölümünün onu dərindən sarsıtdığını deyib və baş verənləri “kədərli hadisə” kimi qiymətləndirib.

“Baş verənlər planlı edilib. Bəzi insanlar küçələrdə güvənsizliyə səbəb olub”.

Polisə dəstək verdiyini deyən Xamenei, “İrandakı nümayişləri ABŞ və İsrail planlayıb” deyə vurğulayıb.

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə: mübahisə ola bilər, düşmənçilik yox

redaktor

Ruslar Kiyevdəki Şimal Körpüsünə hücum edərək nəqliyyatın hərəkətini dayandırdılar

redaktor

NATO Fransadan Azərbaycanla əməkdaşlığa qoyulan blokadanı aradan qaldırmağı tələb etdi

redaktor