15 C
Bakı
24 Mart 2026 12:52
Cəmiyyət

“Araz Supermarket” məhsulu üzərində göstərilən qiymətdən baha satdığına görə cərimələnib

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Araz Supermarket” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

Tacxeber.com

Oxşar xəbərlər

Ət yenə bahalaşıb.

admin

İmran Əliyev saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb

admin

Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: “İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!”

redaktor