21 C
Bakı
20 Oktyabr 2026 15:35
Dünya

Ramilə Seyidova 108 min manatlıq maşın aldırır

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəqliyyat vasitəsinin satın alınması ilə bağlı tender keçirib. Tenderin qalibi “YENİMOTOR” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Satınalma müqaviləsinin ümumi dəyəri 108.500 manat təşkil edir.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, qalib şirkətin qanuni təmsilçisi Yusif Hüseynov Rafiq oğludur. “YENİMOTOR” MMC-nin nizamnamə kapitalı isə cəmi 100 manatdır.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, eyni adlı mərkəzi qurumun – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri isə Bahar Muradovadır.(32gun.az)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor