21 C
Bakı
20 Oktyabr 2026 14:57
DünyaTarix

Ukrayna üçün “qara gün”

Düz 29 il əvvəl Ukrayna son nüvə silahını Rusiya Federasiyasına təhvil verdi və qeyri-nüvə dövlətinə çevrildi.

1991-ci ildə Ukraynada 130 SS-19 qitələrarası ballistik raket, 46 SS-24, 43-ə qədər Tu-95MS və Tu-160, 2156-ya qədər strateji nüvə başlığı və 4200-ə qədər taktiki nüvə başlığı var idi.

Bu hadisə Budapeşt Memorandumu imzalanandan sonra baş verdi.

Ukraynanın Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulması ilə əlaqədar təhlükəsizlik təminatı haqqında Memorandum (Budapeşt Memorandumu) imzalandı.

 

Bu sənədi 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri imzalayıb.

Sənədi imzalayan tərəflər üzərlərinə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək öhdəliyini götürmüşdü.

Rusiya Ukraynaya hücum etməklə bu sənədlə üzərinə götürdüyü öhdəlikləri tapdaladı. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor