DünyaSiyasət

R.Ərdoğan və H. Fidanın Ukrayna ilə bağlı səyləri nəticə verir.

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Hakan Fidanın Rusiya və Ukrayna təmsilçilərini yenidən İstanbulda görüşdürmək səyləri müsbət nəticə verib.

Tərəflər iyunun 2-də İstanbulda görüşə razılıq veriblər. Növbəti görüşdə əsas hədəf nəhayət ki, qısa müddətli də olsa atəşkəsə nail olmaqdır. Çünki bu dəfə də razılıq əldə olunmasa, bu həm yay aylarında müharibənin şiddətlənməsi, həm də Türkiyənin vasitəçiliyinin bir müddət dayandırılması demək olacaq.

 

Bu səbəbdən Hakan Fidan həm Moskvada, həm də Kiyevdə detallı görüşlər və müzakirələr həyata keçirib, atəşkəsin əldə olunması üçün tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışıb.

Ankaranın bir başqa hədəfi yaxın müddətdə 4 ölkənin (Türkiyə, Rusiya, Ukrayna və ABŞ) liderini İstanbulda bir araya gətirməkdir. Bu həm Rusiya-Ukrayna müharibəsinnin dayandırılmasına şərait yaradar, həm də Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüşün və razılaşmaların əldə olunması üçün münbit zəmin formalaşdırar.

Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski və Donald Tramp İstanbulda görüşün tərəfdarıdırlar, top Vladimir Putinin meydanındadır.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

BMT Baş katibi: “Gəlin, heç kimin satılıb-alınmadığı və istismar edilmədiyi bir dünya quraq”

redaktor

İsraildən G7-yə dəstək: İran dünyanın düşmənidir!

redaktor

Rusiyanın İrana satdığı təyyarə nasaz çıxdı – Qəzaya uğradı

admin