DünyaSağlamlıq

Ana südünün sosial şəbəkələrdə satışı qadağan edildi.

Türkiyə Ticarət Nazirliyi körpələrin sağlamlığı üçün yaratdığı risklərə görə ana südünün pərakəndə və elektron ticarətini qadağan edib.

Nazirlik ana südünün şəxsi amillərdən təsirləndiyinə diqqət çəkərək, sağılmayan və lazımi şəraitdə saxlanılan südün sağlamlıq üçün ciddi risklər yaratdığını vurğulayıb.

 

Açıqlamada isə tam olaraq belə qeyd edilib:

“Son zamanlar Ticarət Nazirliyinə ayrı-ayrı şəxslərin ana südünü ticarət malına çevirməyə çalışdığı və müxtəlif platformalarda, xüsusilə “Facebook” və “Instagram” kimi rəqəmsal platformalarda satışa təqdim etdiyinə dair müxtəlif bildirişlər alıb. Sağlamlıq riskləri nəzərə alınaraq, pərakəndə ticarətdə və elektron ticarətdə ana südünün satışı qadağan edilib. Reklam fəaliyyətləri və bu prosesə rəqəmsal mühitdə vasitəçilik edən platformalar hər bir qayda pozuntusuna görə 684.214 TL-yə qədər inzibati cərimələrə məruz qala bilər”. (Yenisabah)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tayvan və Çin hərbi qarşıdurmanın bir addımlığında

admin

“İsgəndər-M” raket kompleksinin yaradıcısı Oleq Mamalıqa vəfat etdi

redaktor

Baş nazirin iqamətgahına dron hücumu oldu

redaktor