25.3 C
Bakı
13 İyun 2026 13:40
Dünya

Rusiyadan Ukraynaya qarşı ŞOK ADDIM- Bunu da etdi…

Rusiya və Ukrayna arasında İstanbulda əldə olunan razılaşma əsasında həyata keçirilən 1000 nəfərə qarşı 1000 nəfərlik əsir mübadiləsi müharibənin əvvəlindən bəri ən böyük dəyişiklik kimi qiymətləndirilsə də, Ukraynada bu razılaşma ilə bağlı məyusluq yaranıb.

Bu barədə “Nexta” məlumat yayıb.

Məlumata görə, Ukrayna tərəfi bildirib ki, mübadilə nəticəsində “Azov” alayının bircə üzvü belə geri qaytarılmayıb. Rusiya Ukraynaya müharibədən əvvəl cinayət törətdiklərinə görə məhkum olunmuş və deportasiya olunması planlaşdırılan şəxsləri təhvil verib.

 

Ukraynalı hüquqşünaslar qeyd edir ki, mübadilə siyahılarına növbəti dəfə nə qadınlar, nə xəstələr, nə də 24 fevral 2022-ci ildən əvvəl həbs olunmuş mülki şəxslər daxil edilib.

Faktiki olaraq, Rusiya qanunla deportasiya etməli olduğu şəxsləri “əsir” kimi təqdim edərək bu addımı humanist jest kimi qələmə verib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail ordusu Hizbullah hədəflərinə zərbələr endirib, baş katib öldürüb – FOTO/VİDEO

redaktor

Psixoloq finlandiyalıların xoşbəxtlik sirlərini açıqladı – 3 qayda

admin

Rəsmi Bakı Türkiyədəki etirazlara niyə reaksiya vermir?

admin