15 C
Bakı
27 Sentyabr 2025 16:01
DünyaSiyasət

Qərb ölkələri İsraildən uzaq dururmağa çalışırlar – Ərəstun Oruclu

Artıq bir çox Qərb ölkələri öz ənənəvi müttəfiqi olmuş Israildən uzaqlaşmağa başlayır. Bu da gözlənilən idi, çünki Netanyahunun öz siyasi maraqları naminə Qəzzada törətdiyi soyqırımına göz yummaq bu cinayətə şərik olmaq deməkdir.

 

Qərb siyasətçiləri də sırf siyasi maraqları baxımından (bunun mənəviyyatla təəssüf ki, heç bir əlaqəsi yoxdur) cəmiyyətdəki əhval-ruhiyyəni görərək onun tələblərinə uyğun şəkildə davranmağa məcbur olurlar. Əks halda bu, ən azı seçkilərdə uduzmaq demək olardı.

Amma problem görünəndən daha dərindir. Netanyahu hökümətinin Qəzzada törətdiyi cinayətlər təkcə dövlət olaraq Israilin deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla yəhudilərə olan münasibətin dəyişməsinə də yol açır təəssüf ki.

Halbuki, yəhudi xalqının müxtəlif ölkələrdəki milyonlarla nümayəndəsi heç bir formada Netanyahunun siyasətinə nəinki dəstək vermir, hətta ona qarşı mübarizənin ön sıralarında gedir. Minlərlə tanınmış yəhudi fəal ən sərt şəkildə Israilin əməllərini pisləyir.

 

Amma dünyanın müxtəlif ölkələrində başqa bir problem də var: antisemitizm. Bu günədək yəhudi xalqına nifrətini gizli saxlayan ən müxtəlif irqçi, ksenofob qruplar və fərdlər yaranmış vəziyyətdən sui-istifadə edərək öz nifrətini yəhudilərin üzərinə tökməkdədir.

Bu da göstərir ki, Netanyahunun və onun İfrat irqçi hökümətinin Qəzzada törətdiyi cinayətlər təkcə fələstinlilərə deyil, yəhudilərə də ağır zərbə vurur. Bu günlərdə sosial şəbəkələrin birində gördüyüm mənzərə yazdıqlarıma əyani sübutdur.

 

ABŞ FTB direktorunun X sosial şəbəkəsində müsəlman terrorçu haqda paylaşımında yazılan şərhlərin bir çoxunda müsəlmanları ABŞ-dan qovmaq tələbləri əks olunmuşdu. Əslində səhv terrorçunun dini mənsubiyyətinin qabardılmasında idi.

Amma maraqlıdır ki, təxminən bir o qədər də şərhdə yəhudilərin də ABŞ-dan qovulmasına çağırış edənlər vardı. Təəssüf ki, məsuliyyətsiz və irqçi siyasətçilərin üzündən dünya böyük parçalanmaya doğru gedir. Özü də ən təhlükəli əlamətlər üzrə: etnik, dini və irqi.

 

Ərəstun Oruclu

Tacxeber.com

Oxşar xəbərlər

Qış yaxınlaşır, ancaq Ukrayna dayanmayacaq

admin

Tural Abbaslı Rövşən Binəqədili ilə görüşdü

redaktor

Braziliya Trampın vergi qərarına sərt cavab verdi: Lula da Silva qisas alacağını vəd etdi

redaktor