24 C
Bakı
13 Avqust 2025 09:28
Cəmiyyət

AZAL sosial şəbəkəni ÇALXALAYAN XƏBƏRƏ aydınlıq gətirdi – VİDEO

Sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarələrdə pəncərə kənarındakı yerin bilet qiymətinin digər oturacaqlara nisbətən daha baha olduğuna dair görüntülər yayılıb.

 

Tacxeber.com xəbər verir ki, sözügedən məlumat sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

 

Məsələ ilə bağlı AZAL-dan bildirilib ki, oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır:

 

“Bu, yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə bir xidmətdir. Əgər sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda hətta oturacaq pəncərə kənarında olsa belə, əlavə ödəniş tələb olunmur. Həmçinin eyni bron daxilində olan ailə üzvləri, yaxud sərnişin qruplarının bir-birindən ayrılmaması AZAL üçün mühüm prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur. Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın tərkib hissəsidir”.

Daha ətraflı Baku TV-nin süjetində:

Tacxeber.com

Oxşar xəbərlər

Xalq artistindən ETİRAZ: “Bəzi televiziya kanallarımız ailə dağıdan verilişlər təqdim edir”

redaktor

Vanqadan 2025-ci il üçün PROQNOZ

redaktor

Onlara Sarayda konsertə icazə verməyiblər!

admin