11 C
Bakı
29 Mart 2026 11:40
Cəmiyyət

“Şərəfini, mənliyini qoruyan adamlar o verilişlərə getmir” – Yazıçıdan sərt sözlər

Televiziya kanallarında sosial mövzulara həsr olunan verilişlərdə meyxanaçıların, müğənnilərin və ümumilikdə sənət aləmindən olan simaların “ekspert” qismində çıxış etməsi cəmiyyətin haqlı narazılığına səbəb olur. Bu hal, bir tərəfdən peşəkar mütəxəssislərin və real sahə bilicilərinin kənarda qalması deməkdirsə, digər tərəfdən tamaşaçıların maariflənmək əvəzinə şouya yönləndirilməsi ilə nəticələnir.

Belə bir mənzərə isə ciddi sual doğurur: Televiziyalar doğrudanmı ekspert qıtlığı yaşayır, yoxsa reytinq xatirinə cəmiyyətin maariflənməsini qurban verirlər?

 

Yenisabah.az-a açıqlamasında məsələyə münasibət bildirən yazıçı Xeyrəddin Qocabir sıra məqamlara toxunub:

 

“Bəli, onlar ekspert tapa bilmirlər. Heç ekspert də tanımırlar. Onlar bilmirlər ki, mütəxəssis kimdir. Hər mütəxəssis də televiziyaya çıxarıla bilməz. Efiri doldurmaq xətrinə o adamları çağırırlar. Fərqi yoxdur ki, dəvət olunan insanın ağlı, savadı olsun. Mütləq orada bir adam ekspert sifətində oturmalıdır”.

 

Xeyrəddin Qoca bildirib ki, efirlərdə cahillik hökm sürür:

 

“Nadir hallarda televizora baxıram. 5 ildir ki, Azərbaycan televiziyalarına baxmaq istəmirəm. Sosial verilişlərə vaxtilə kömək üçün  müraciət edənlər indi ekspert qismində efirə dəvət alır. Efirdə o qədər boşluq var ki, öz şərəfini, mənliyini qoruyan adamlar elə verilişlərə getmirlər.

 

Çıxış yolunu tapmaq üçün romanlar, kitablar yazmaq lazımdır. Azərbaycanda bunun üçün çıxış yolu yoxdur. Adamlar getdikcə savadsızlaşırlar. O verilişlər cahillər yığıncağı olmağa davam etdikcə, cahilləşmə davam edəcək. Bu pessimizm deyil, dəqiq ürək sözlərimdir”.

Tacxeber.com

Oxşar xəbərlər

UEFA Avropa Liqası: “Qarabağ” – “Malmö” matçına 24 min bilet satılıb

admin

“Nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq” İlham Əliyev

admin

Deputat Əlibala Məhərrəmzadə sahibi olduğu obyektlərin siyahısını Cavanşir Həsənlinin təqdimatında.

admin