28 C
Bakı
01 İyul 2025 10:27
CəmiyyətGündəm

“Hökumətin dərdi, bir tərəfdən, millətin dərdi, bir tərəfdən, insanın beynini xarab edir”

“Əvvəllər rayonlardan, kəndlərdən müalicə üçün Bakıya gələnlərin hamısı həkimə pul verirdi. İndi isə hər şey ödənişsiz olub. Adamlar adi ağrı olan kimi paytaxta üz tutur, yoxlamaya gəlirlər”.

 

Bu sözləri “Yeni Sabah”a tibb elmlər namizədi Rəşid Mahmudov deyib.

 

O, qeyd edib ki, bütün bunlar tibbi sığortanın gətirdiyi üstünlüklərdir:

 

“Hər şey dəyişib, dəyişməyən yalnız ölülərdir. Camaat yoxlamaya, müalicəyə gəlir, heç bir əlavə pul ödəmir və hər yerini yoxlatdırır. Düz də edir. Əvvəllər həkimlər yeri gəldi-gəlmədi xəstədən də, sağlam adamdan da pul alırdılar. İndi isə göndərişlə gəlirlər. Ona görə də xəstəxanalarda iynə atmağa yer yoxdur”.

 

R. Mahmudov bildirib ki, insanlar sağlamlıq üçün şəhərdən daha çox kənddə yaşamalıdır:

 

“Əvvəllər kənddə yaşayanın heç bir dərdi yox idi. Bir mal-qara, bir də özü. Hər şeyi də var idi. Yəni bürtün təminatı. Təmiz havada yeyib-içib gəzirdi. İndi hökumətin dərdi, bir tərəfdən, millətin dərdi, bir tərəfdən, qohumun dərdi, bir tərəfdən, küçədə gördüyün, bir tərəfdən, hamısı insanın beynini xarab edir.

 

Dərd vaxtından əvvəl ölümə səbəb olur. Ona görə doğrudur, şəhərə nisbətən kənddə adam çox yaşamalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Arkadi Dubnov: Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur

redaktor

İcra başçısı kimi 15 ildən çox stajı olan məmurlar – SİYAHI

admin

“Dindən bixəbərlər Elşad Miri kimi populisti dəstəkləyirlər”

admin