18 C
Bakı
01 Aprel 2026 17:47
CəmiyyətGündəm

Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə saxlanıldı

Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəisi Elşad Məmmədlinin içkili vəziyyətdə avtomobil idsrə etməsi və Dövlət Yol Patrul Xidməti əməkdaşları arasında mübahisə yaranması barədə məlumat yayılıb.

 

Gununsesi.info-nun xəbərinə görə, xidməti avtomobilində sükan arxasında olan idarə rəisi sayrışan işıqları yandıraraq, təhlükəli manevrlər edib.

 

YPX-nin diqqətini çəkən bu hala görə ona saxlamaq işarəsi verilsə də Məmmədli tabesizlik göstərib.

 

YPX əməkdaşlarının təqibindın sonra dayandırılan Elşad Məmmədli bu dəfə onlarla mübahisə edib və özünün toxunulmaz şəxs olduğunu bildirib.

 

Yaranmış vəziyyət Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruzə olunub.

 

Elşad Məmmədli yeni ədliyyə nazirinin  yaxın dostu kimi tanınır.

 

Görünür, bu səbəbdəndir ki, nazirlikdə onun bu hərəkəti barədə hüquqi ölçü götürülməyib.

 

Elşad Məmmədli ilə bağlı əldə etdiyimiz daha bir məlumatda isə onun bir neçə ay əvvəl Sea Breeze İstirahət Mərkəzində də sərxoş vəziyyətdə dava saldığı bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Nəyə görə kəskin ətir qoxusundan baş ağrıyır? – SƏBƏB

redaktor

Bakıda 16 yaşlı qız özündən iki dəfə böyük şəxsə ərə verilib

redaktor

Şəxsi ünsiyyətin olmaması təhlükəlidir – Psixoterapevtdən xəbərdarlıq

redaktor