24 C
Bakı
21 Oktyabr 2026 17:06
Dünya

Zelenski Putindən danışdı: “Onun arxasınca dünyanın müxtəlif yerlərinə qaça bilmərik”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə birbaşa mesaj ünvanlayıb.

 

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Zelenski Ankarada keçirdiyi brifinqdə çıxışı zamanı danışıb.

 

““Düşünürəm ki, Kreml lideri əgər doğrudan da liderdirsə, bunu göstərməlidir. Əgər danışıqlara hazırdırsa gəlsin, görüşək. Heç bir şərt, əlavə tələb olmadan. Gəlin üz-üzə danışaq” – deyə Ukrayna prezidenti bildirib.

 

O eyni zamanda Rusiya nümayəndə heyətinin İstanbul danışıqlarında zəif təmsil olunmasına etirazını bildirib:

 

“Donald Tramp Marko Rubionu göndərir, Türkiyənin xarici işlər naziri buradadır, Ukraynanın xarici işlər naziri Sıbiqa da buradadır. Bəs Rusiya tərəfdən uyğun səviyyəli şəxslər haradadır? Bu, həm ABŞ-a, həm də Türkiyəyə hörmətsizlikdir”.

 

Zelenski əlavə edib ki, o, Putinə heç bir xüsusi təklif göndərməyib və beynəlxalq ictimaiyyətin tələbi ilə bu danışıqlara razılıq verib:

 

“Biz aramızda münasibətlər necə olur-olsun, bu danışıqlar təkcə bizim üçün yox, bütün dünya üçün önəmlidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan gərginliyinin pərdəarxası

redaktor

Putinin təcriddən çıxış cəhdi: Tramp və Si ilə görüş nə vəd edir?

redaktor

İran Azərbaycana Türkiyədən Daha Çox Hörmət Göstərdi

redaktor