24 C
Bakı
23 İyun 2025 13:29
Dünya

Yeni Papanın qol saatı müzakirələrə səbəb oldu – Foto

Artıq cəmiyyət qarşısında ilk çıxışını edən yeni Roma Papasının qolundakı saat diqqət çəkib.

 

Tacxeber.comxəbər verir ki, çıxış zamanı XIV Levin qolunda olan saat geniş müzakirələrə yol açıb.

 

Papanın ilk rəsmi müqəddəs ayində hansı brendin saatını taxdığı əvvəlcə tam aydın olmayıb. Belə ki, bəzi nəşrlər onun “AppWatch” taxdığını iddia edib. Onlar 69 yaşlı pontifikin ağıllı saatdan ürək döyüntüsünü izləmək üçün istifadə etdiyini bildiriblər.

 

Ancaq bir sıra KİV-lər Papanın qol saatının “Rolex” markasına məxsus olduğunu iddia ediblər. Pontifikin brendin “Submariner Cherry Red” saatına üstünlük verdiyi yazılıb.

 

Ən sonda saatın markası dəqiqləşdirilib: “Wenger 70903 Military Ranger”. Beləliklə, yeni Papanın bahalı saat taxdığı ilə bağlı iddialar təkzib olunub. Çünki onun qolundakı saatın qiyməti cəmi 115 dollar təşkil edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Seçkilərdə inamlı qələbədən sonra Tramp Putinə hörmətlə yanaşan sonuncu adam olacaq” – Saakaşvili

redaktor

ABŞ-də daha bir təyyarə qəzası: Şəhərdə yanğın başladı

redaktor

Ukraynanın son hücumu zamanı neçə Rusiya təyyarəsi məhv edilib?

redaktor