DünyaSiyasət

Gözlənilənlər baş verməkdədir.

Avropa “qırğıları” iş başındadır. Bu sırada Putinə qarşı sərt ritorikası ilə seçilən və yenicə Almaniyanın kansleri postuna yiyələnmiş Fridrix Merçi qeyd etmək olar.

 

Seçiləndən iki gün sonra F. Merç ilə ABŞ prezidenti D.Tramp arasında telefon danışığı olub. Danışığın mövzusu isə gömrük tariflərinin qaydaya salınması və əsasən Rusiya-Ukrayma müharibəsi olub. Telefon danışığından sonra hər iki tərəfin verdiyi açıqlamalardan isə tam aydın sezilir ki, danışıq səmimi, səmərəli, konstruktiv və çox faydalı olub.

 

Danışıqdan dərhal sonra isə, Almaniya kansleri F.Merç Rusiyanı yeni, güclü sanksiyalarla hədələdi :

” Biz nəhayət ki, Rusiyanı həqiqi sülh danışıqlarına gəlməyə çağırırıq.

Əks təqdirdə, əgər bu baş verməsə, biz avropalı tərəfdaşlarımız və ABŞ ilə birlikdə Rusiyaya qarşı yeni güclü sanksiyalar tətbiq etməklə, təzyiqimizi gücləndirəcəyik!”

 

Nəriman Abdinov

Tacxeber.com

Oxşar xəbərlər

“Haber Global”: Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı?

redaktor

Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib – FOTO

redaktor

“Putin Nikolayev, Odessa və İzmail şəhərlərini ələ keçirməyi planlaşdırır” – Xersonun işğalçı rəhbəri

admin