24 C
Bakı
23 İyun 2025 11:13
DünyaGündəmMuharibə

Moskva başda olmaqla Rusiyanın hava limanlarında xaos hökm sürür.

Paytaxt Moskva başda olmaqla Rusiyanın hava limanlarında xaosdur, Ukraynanın kütləvi dron hücumlarına görə, təyyarələr havaya qalxa bilmir, hava limanına enənlərin sərnişinləri isə saatlarla təyyarəni tərk edə bilmir, insanlar təyyarələrdə havasızlıqdan və yaranan anti-sanitariya şəraiti barədə görüntülər yayırlar.

 

Bu Ukraya Prezidenti Volodimir Zelenskinin bir neçə gün əvvəl “9 may paradına qatılan qonaqların təhlükəsizliyinə zəmanət verə bilmərik” açıqlamasının praktik yerinə yetirilməsidir. Həqiqətən belə şəraitdə 9 may paradına qatılmaq istəyən müxtəlif dövlətlərin liderlərinin təhlükəsizliyi ön plana çıxır.

Rusiya yüksək səviyyəli qonaqlara təhlükəsizlik təminatı vermək iqtidarındadırmı? Azərbaycanın sərnişin təyyarəsinin dekabr ayında raketlə vurulması olayından çıxış edərək Rusiya səmasının təhlükəsiz olmadığı, üstəgəl dronlarla sərnişin təyyarələrinə fərq qoya bilmədikləri aşkardır.

 

Rusiya Prezidenti Vladimir Putin Kiyevə elə ona görə 3 günlük atəşkəs təklif edirdi ki, 9 may paradını rahat keçirsin. Volodimir Zelenski isə işğalçı dövlətin liderinə rahatlıq vermək istəmir. Başqa cür ola da bilməz. Rusiya müharibə aparan ölkə olduğundan Ukraynanın əks-həmlələrinə məruz qalır.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Qrip hər il 600 min CAN ALIR: “Həyati təhlükəsi olan kəskin vəziyyət yarana bilər”

redaktor

İranda aksiyalar davam edir, müxtəlif şəhərlərdə Azərbaycan bayrağı qaldırılıb

redaktor

“Putinin təslim olmasının iki variantı var” – “Kremldə qalması az ehtimal edilir…”

admin