14 C
Bakı
23 Mart 2026 12:45
CəmiyyətGündəm

“Diktatura və tərəfdarları özlərini heç nə olmayıbmış kimi aparmaqda davam edir” – Altay Göyüşov

Tofiq Yaqublunun aclığının 32-ci günüdür. Dramatik dövr yaşayırıq. Diktatura və tərəfdarları özlərini heç nə olmayıbmış kimi aparmaqda davam edir. Gündəmi gündə bir əclaflıqla zəbt etməyə çalışır. Bir qrup mərd aktiv insan isə hər gün Tofiq bəyin öldürülməməsini, azadlığa buraxılmasını tələb edir. Tofiq bəy vicdan və vicdansızlıq arasında bir sərhəddə, bir imtahana çevrilib.

 

İki qütbü yuxarıda göstərdim. Bəziləri də var ki, vicdanının səsini boğmaqda davam edir. Amma Tofiq bəyin hər yeni aclıq günü bu onlar üçün bir xeyli çətinləşir. Elələri var kİ. dözməyib, cınqır da çıxardıb. Amma bu məsələ cınqır çıxartmaqla olmur. Hər gün və hər gün də əvvəlkindən daha uca səslə, daha israrla Tofiq bəyin azadlığa buraxılmasını səsləndirmək tələb olunur. Tofiq bəyə azadlıq tələb edirəm! Siz də tələb edin!

 

Altay Gğyüşov

Tacxeber.com

Oxşar xəbərlər

“Nə siyahı görmüşəm, nə də ev bölmüşəm” – Çingiz Abdullayev

redaktor

Nömrəsini versəm, o generala zəng etməyə cəsarətiniz çatar?

redaktor

Şeyxülislam: Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlər yalandır

redaktor