21 C
Bakı
23 İyun 2025 03:28
Şou

Aqşin hər iki Zauru tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” – VİDEO

 

“Övladlarım zaurların verilişində olub. Onların özlərinə də dedim ki, uşaqlarımı bir də sizin verilişinizə çıxartmayacağam”.

 

Tacxeber.com bizim.media-ya itinadla xəbər verir ki, bunu Aqşin Fateh Zaur Kamal və Zaur Nəbioğlu ilə bağlı deyib.

 

Meyxanaçı əlavə edib: “Çünki bəzi sərhədlər var, pozulur, uşağa uşaq sualları ver. Sən evin içindən, evdəki kimləsə bağlı, ya da evdə nə söhbətin getdiyini niyə soruşursan? Bu, kişiyə yaraşan suallar deyil!

 

Ona görə 6 aydır efirlərə çıxmıram. Aparıcılar hədlərini aşıblar, evin içinə, şəxsi həyata müdaxilə etməyə çalışırlar. Xətirlərini çox istəyirəm, amma özlərinə demişəm ki, kimsə şəxsimlə, özəlimlə bağlı sual verərsə, ona ağır sözlər deyərəm. Sənətimdən, mahnılarımdan danışın”.

Tacxeber.com

Oxşar xəbərlər

“Niyam, xidməthaqqı 10 manat olar, 75 yox”

redaktor

Fədayə Laçın: “Sevdiyim üçün canımdan da keçərəm“ – Video

redaktor

“Puluna minnət, o qədər kirayə ərlər var ki…” – VİDEO

redaktor