Dünya

Rusiya Talibana yardım edəcək

Rusiya Taliban hərəkatına “İslam Dövləti”nə aid olan “Vilayət Xorasan” qruplaşmasının terrorçularına qarşı mübarizədə kömək edəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.

O bildirib ki, “Taliban” ultra-radikal “qlobal cihad” ideologiyasını qəbul edən Xorasan Vilayətinə qarşı mübarizə aparmaq üçün səy göstərir və və bu qruplaşma Rusiya ilə Əfqanıstan üçün ortaq düşməndir.

Kabulov qeyd edib ki, Rusiya müvafiq strukturlar vasitəsilə Talibana hər cür yardım göstərəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Ölüm saçan ağac: Altında dayanmaq belə təhlükəlidir

redaktor

FİFA araşdırma başlatdı – Braziliyanın xalları silinə bilər

admin

KİV: İranda İsrail üçün casusluqda təqsirli bilinən şəxs edam edilib

redaktor