12 C
Bakı
28 Mart 2026 15:21
DünyaHadisə

Rusiya “Dojd” televiziyasının baş redaktorunu axtarışa verib.

O,Rusiya DİN-nin siyahısına 2025-ci il aprelin 30-da  əlavə edilib.

 

Rusiya Daxili İşlər Nazirliyinin “Dojd” (“Дождь”) televiziya kanalının baş redaktoru Tixon Dzyadkonu axtarışa verdiyi bildirilir.

Dzyadko Rusiya DİN-nin siyahısına 2025-ci il aprelin 30-da  əlavə edilib. Onun barəsində cinayət işinin açılması ilə əlaqədar məlumat yoxdur. Axtarışda olanların siyahısında cinayət məcəlləsinin maddəsi göstərilmir.

 

Dzyadko 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan olunub.

2023-cü ilin iyulunda Rusiya hökuməti “Dojd” televiziyasını “arzuolunmaz təşkilat” kimi tanıyıb.

Dzyadko “Dojd” bloklananda Rusiyanı tərk edib.

 

2025-ci il aprelin 28-də məlum olub ki, Rusiya DİN “Dojd”un jurnalisti və aparıcısı, həmçinin “Wonderzine” nəşrinin baş redaktoru Yuliya Taratutanı da axtarışa verib.

Onun barəsində cinayət işi başlanılıb.

Kütləvi İnformasiya Vasitələrinin Hüquqlarını Müdafiə Mərkəzinin məlumatına görə, 2024-cü ildə azı 45 rusiyalı jurnalist cinayət işlərində müttəhim olub ki, bu da 2023-cü ildəkindən (23 jurnalist) təxminən iki dəfə çoxdur. (MeydanTV)

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Ərdoğandan Almaniyaya: Bitərəf qal!

redaktor

Netanyahu meydan oxudu: Sağ qalmaq istəyirsinizsə…

redaktor

Azərbaycan – Rusiya QALMAQALI süni yaradılıb? Şübhəli fakt.

admin