19 C
Bakı
26 Sentyabr 2025 21:59
CəmiyyətHadisə

“Bolt”un sürücüsü müştərinin kartından 684 manat oğurlayıb

Bakıda “Bolt” sürücüsü müştərinin telefonunu və pulunu oğrulayıb.

 

Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, Elvin adlı taksi sürücüsünün müştərisi mağazaya alış-veriş etməyə gedib. Müştəri bir qədər sonra qayıdaraq Elvinə üzərində nağd pul olmadığını deyərək ondan 2 manat istəyib. Zərərçəkən əlavə edib ki, pulu kartdadır. Dediklərini əsaslandırmaq üçün telefonundakı müvafiq tətbiqi açaraq balansında vəsait olduğunu göstərib. Daha sonra telefonu maşında qoyaraq mağazaya gedib.

 

Müştəri mağazaya tərəf gedərkən Elvin də maşını sürərək ərazidən uzaqlaşıb. O, müştərinin telefonundakı tətbiqdən 684 manat pulu öz kartına köçürüb.

 

Bir müddət sonra Elvin törətdiyi əmələ görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama), 177.2.2 (Oğurluq –  təkrar törədildikdə) və 177.2.3-1-ci (Oğurluq – elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb. Elvin özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə istintaqı zamanı ona verilmiş soyğunçuluq ittihamı (180.1) götürülüb.

 

Məhkəmənin hökmü ilə Elvin Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ağadadaş Ağayev özünü qanundan üstün hesab edib və… – Xəstəxananın mövqeyi

redaktor

Ağadadaş Ağayevin balta atması nəticəsində xəsarət alan xadimə Mübariz Mənsimovun əmisi qızıdır

redaktor

“Melissa Group”un rəhbəri saxlanıldı

redaktor