18 C
Bakı
08 Oktyabr 2026 01:34
Dünya

Putindən Trampa zərbə: Dörd regionu tələb edir!

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təzyiqlərinə baxmayaraq, istənilən sülh sazişi çərçivəsində Ukrayna ərazisini tələb etməyə davam edir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

 

Bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 25-də Kremldə uzun sürən danışıqlar zamanı Putini hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasına razı salmağa çalışıb.

 

Bununla belə, Putin əvvəllər bəyan etdiyi mövqeyinə sadiq qalır və müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşmanın bir hissəsi kimi Ukraynanın hələ tam işğal etmədiyi dörd bölgəsinə tam nəzarəti əldə etmək istəyir.

 

Nəşr əlavə edir ki, bu tələb ABŞ Prezidenti Donald Trampın atəşkəsə nail olmaq və müharibənin sonlandırılması səylərinə zərbə olub.

 

Vurğulanıb ki, danışıqlar hələlik dalana dirənib və sonrakı irəliləyiş yalnız Putin və Trampın birbaşa iştirakı ilə mümkündür.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor