CəmiyyətGündəmQalmaqal

1 milyon 744 minlik tender icra məmurunun oğluna verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda dayanacaq pavilyonları quraşdıracaq.

 

Bununla əlaqədar dövlət satınalmalarının vahid internet portalında tenderin nəticəsi açıqlanıb.

Nəticələrə əsasən, AYNA Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərini həyata keçirəcək. Bu məqsədlə “SMCS” MMC şirkəti ilə 1 milyon 744 min 985 manatlıq satınalma müqaviləsi imzalayıb.

 

Bəs “SMCS” MMC kimindir?

Şirkətin hazırda qanuni təmsilçisi Cəfərov Mübariz Məhərrəm oğludur. Bundan əvvəl isə Ehtiram Etibar oğlu Heydərli olub. Ehtiram Heydərli həmçinin şirkətin rəsmi təsisçisi və rəhbəridir.

Ehtiram Heydərli is’ Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Etibar Heydərovun oğludur.

Araşdırmanın tam versiyasını saytımızdan oxuya bilərsiniz. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Hamamda kamerasını açıq unudan deputat parlamentin iclasında biabır oldu – VİDEO

redaktor

Əlimizin içindəki xətlər nə vaxt öləcəyimizi göstərir? – Sizi şoka salacaq sirr

redaktor

Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi tətbiq edilsin – Estoniya XİN

redaktor