18 C
Bakı
08 Oktyabr 2026 00:53
DünyaMuharibəSiyasət

Hindistana və Pakistana lazım olmayan müharibə – Elbəyi Həsənli

Üçüncü Hindistan-Pakistan müharibəsi Hindistan və Pakistan arasında 1971-ci ilin dekabrın 3-də başladı. 16-da bitdi, yəni 13 gün davam etdi. Müharibənin səbəbi isə Hindistanın Şərqi Pakistanda gedən müharibəyə hərbi müdaxiləsi oldu. O vaxt indiki Banqladeş Şərqi Pakistanın bir parçası idi. Pakistanda urdu dövlət dili idi. Şərqi Pakistanda isə xalq əsasən benqal dilində danışırdı. Xalqlar arasındakı mədəni fərqlilik qarşıdurmaya səbəb oldu. Kasıb Şərqi Pakistanda üsyan qalxdı. 2 milyona yaxın insanın öldüyü deyilir.

 

Belə bir fonda Hindistan ordusu hərəkətə keçdi və Şərqi Pakistana-indiki Banqladeşə daxil oldu. 93 min Pakistan əsgəri əsir götürüldü. Bu, II Dünya Müharibəsindən sona tarixdə baş vermiş ən böyük əsir götürmək əməliyyatı idi…

 

İndi də Hindistanla Pakistan arasında münasibətlər gərginləşib. Əlbəttə, indiki Pakistan ordusu kifayət qədər güclüdür. Ancaq Pakistanın daxilində baş verə biləcək hər hansı çaxnaşma düşmənin əlinə işləyə bilər. Tarixdə bunun biabırçı nümunəsi var.

Hazırda Türkiyə hərbi baxımdan Pakistana kömək edir. Yəqin ki, Azərbaycan da kömək edəcək. Səudiyyə Ərəbistanı ilə də Pakistanın xüsusi münasibəti var…

 

Onu da deyim ki, Qərb bu müharibədə Hindistanın, Çin isə Pakistanın yanındadır.

Düşünmürəm ki, sərhəddə baş verən bu qarşıdurma dərinləşə bilər. Nə Hindistana, nə də Pakistana belə bir müharibə lazım deyil…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor