Dünya

Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”

Şimali Koreya əsgərlərinin Kursk bölgəsinin azad edilməsində gedən savaşlarda uğurla iştirakı ilə bağlı bəyanat yayıb.

 

Tacxeber.com xəbər verir ki, Şimali Koreya hökuməti ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini rəsmən təsdiqləyib.

 

Kurskun azad edilməsi ilə bağlı yayılan bəyanatda Şimali Koreya əsgərlərinin Kursk bölgəsində qəhrəmancasına vuruşduğu, yüksək döyüş ruhu və əzmkarlıq nümayiş etdirdiyi qeyd olunub. “Silahlı Qüvvələr neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib”, – sənəddə deyilir.

 

Şimali Koreya lideri Kim Çen Inın verdiyi bəyanatda isə deyilir ki, Rusiya ərazisini öz ərazisi kimi görən əsgərləri Şimali Koreya ilə Rusiya arasındakı ittifaqın möhkəmliyini sübut etməklə yanaşı, fədakarlıqla döyüşüb əfsanəvi hərbi qəhrəmanlıq hekayələri yazıblar.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Xamneyini qəsdən vurmayıb.

admin

Rusiya kütləvi hücuma keçdi, Polşa qırıcıları qaldırdı

admin

Konservləşdirilmiş şorba yeyən 23 yaşlı qızın həyatı məhv oldu

redaktor