Dünya

BŞİH rəhbəri: “Leysan zamanı tunellərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun”

Güclü yağıntılarda təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.

 

Tacxeber.com xəbər verir ki, Eldar Əzizov bu təklifi aprelin 15-16-da güclü yağışdan sonra yaranan mövcud vəziyyəti şərh edərkən deyib.

 

Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.

 

“Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan, obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Müctəba Xamenei qorxusundan atası ilə bağlı vida mərasimində iştirak etmədi

redaktor

Benzin böhranı Putinin reytinqinə zərbə vurub

redaktor

Kiyevə raket zərbəsi: Kremlin özünə vurduğu zərbə

redaktor