Hadisə

2 bacı birləşib 14 su sayğacı oğurladılar

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb.

Tacxeber.com bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı A.Məhərrəmov, 33 yaşlı A.İskəndərova və 31 yaşlı S.İskəndərova tutulublar.

 

Həmin şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir jurnalist-blogerin həbs olunma riski. Səbəbə DİQQƏT yetirin!

admin

Sabir Rüstəmxanlı ilə Ziya Məmmədovun qohumluğu bitir.

admin

Famil Xəlilov ittiham versiyasını ifşa edib

admin