23 C
Bakı
24 İyun 2025 12:30
CəmiyyətHadisə

“Tofiq Yaqublu iki həftəyə 10 kq-dan çox çəki itirib”

Milli Şura və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublunun artıq 10 kiloqramdan çox çəki itirdiyi deyilir.

 

Bu barədə onun qızı Nigar Həzi məlumat verib. Onun deməsinə görə, bu gün, aprelin 1-də vəkil Nazim Musayev təcridxanada atası ilə görüşüb: “Vəkil bildirdi ki, Tofiq Yaqublu çox taqətsiz, yorğun, halsız idi. 14 gündür aclıq edir, artıq çəkisi 85 kiloqram 400 qrama düşüb. Saturasiya və ürək döyüntüsü 96, təzyiq isə 111/75-dir. Artıq iki həftə ərzində 10 kiloqramdan çox çəki itirib”.

 

N.Həzinin sözlərinə görə, Penitensiar Xidmət hələ də T.Yaqublunu həkim Adil Qeybullanın müayinə etməsi ilə bağlı müdafiə tərəfinin müraciətinə cavab verməyib.

T.Yaqublunun qızının açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Nəcməddin Sadıkovun qaynı ilə İsfəndiyar Axundov arasında qalmaqal

redaktor

Azərbaycana istirahətə gələn kişi MÜƏMMALI şəkildə öldü

admin

Ziya Məmmədovun qardaşı da deputatlığa namizəd oldu

admin