CəmiyyətHadisəQalmaqal

Eldar Əzizovun nazir müşaviri olan oğlunun Bakıda yeni obyektinə icazə verilib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğlu Şamil Əzizovun ortaq sifarişçisi olduğu qeyri-yaşayış binasının istismarına icazə verildiyi bildirilir.

Tacxeber.com “Yeniavaz”a istinadən xəbər verir ki, obyekt Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, giriş 4 ünvanında yerləşir. Ümumi sahəsi 179,73 kvadratmetr olan bina bir mərtəbədən ibarətdir.

Nəşrin məlumatına görə, binanın sifarişçiləri Şamil Əzizov və Müzəffər Məmmədovdur. Fövqəladə Hallar Nazirliyi obyektə 2026-cı il aprelin 13-də istismara hazırlıq rəyi verib.

Şamil Əzizov ekologiya və təbii sərvətlər nazirinin müşaviri kimi təqdim olunur. Digər sifarişçi Müzəffər Məmmədov isə Eldar Əzizovun rəhbərlik etdiyi müxtəlif icra hakimiyyətlərində çalışmış memar Kamil Məmmədovun oğludur.

“Yeniavaz” Şamil Əzizovun “Günəş-2”, “Green Tour” və “Greenfin Food and Beverage” şirkətlərinin qanuni təmsilçisi olduğunu da yazır. Nəşr onun dövlət vəzifəsi ilə şirkətlərdəki rəhbərliyinin uyğunluğu barədə nazirliyə ünvanladığı sorğunun cavabsız qaldığını bildirir.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Əfqanıstanda qadınlara indi də ad qadağan olundu

redaktor

Şotlandiyada xəstəxana ölümləri QALMAQALI

admin

“Müalicə gözləyirdi, karserə salındı”

admin