CəmiyyətQalmaqalŞikayət

“Müalicə gözləyirdi, karserə salındı”

Aclıq aksiyası keçirən məhbus Zeynal Bayramovun müalicə müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılaraq cəza kamerasına salındığı bildirilir. Ailəsi onun səhhətindən narahatdır.

Tacxeber.com Meydan TV-yə istinadən xəbər verir ki, Bayramovun həyat yoldaşı Marina Berest noyabrın 23-də onunla telefonla danışdığını bildirib. Onun sözlərinə görə, məhbus güclü allergik reaksiyadan, dilinin şişməsindən və vəziyyətinin ağırlaşmasından şikayətlənib.

Berest deyib ki, həyat yoldaşından qan analizi götürülüb və ultrasəs müayinəsi nəzərdə tutulub. Ailə onun müalicəsinin davam etdiyini düşünərkən, noyabrın 24-də cəzaçəkmə müəssisəsinə qaytarılaraq birbaşa “karser”ə salındığını öyrənib.

Yaxınlarının məlumatına görə, Bayramov əvvəllər iki dəfə insult keçirib və şəkərli diabetdən əziyyət çəkir. Onun məktəblərdə hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyası keçirdiyi bildirilir.

Zeynal Bayramov 2025-ci ilin aprelində narkotik vasitələrin qanunsuz dövriyyəsi və dini ekstremist materiallarla bağlı ittihamlarla altı il həbsə məhkum edilib. O, ittihamları qəbul etməyib.

Meydan TV bildirir ki, Penitensiar Xidmət məhbusun köçürülməsi, səhhəti və cəza kamerasına salınmasının səbəbləri barədə sorğunu cavablandırmayıb. Ombudsman Aparatından da şərh almaq mümkün olmayıb.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

FIFA Trampa verdiyi Sülh Mükafatını ləğv edə bilər

admin

“Temu” Azərbaycanda niyə araşdırılır: ucuz qiymətlər mübahisə yaradıb

admin

Sumqayıtda 10 milyon manatlıq yaşıllaşdırma satınalmaları: qalib şirkətlər barədə suallar

admin