Radikal islamın qırıcılıq həddi-hüdudu yoxdur! Bu bir maniyadır, normal hər şeyi, hər kəsi əzib, sıxıb, boğub sonda məhv və yox etmə ekstazlı.
Əfqanıstanda sivil dövlət quracaqları adı ilə bir- neçə il öncə hakimiyyətə gəldilər… Gələn kimi, öz, iş-gücləri, siyasətini qadınlardan başladılar. İslamın fundamental dərdi-azarı kimi: qadın elə, qadın belə olmalı, geyinməli, yeməli-içməli və s.
Başladılar: qadınlar açıq saçla gəzməyib, hicab taxsınlar. Sonra keçdilər ki, universitetlərdə ali təhsil əsla almasınlar. Parklar, ictimai yerlərdə görünməsinlər. Sonra keçdilər çadraya və daha sonra dəhşət-paranca deyilən “qutunun” içində gəzmə qərarına. Yanında ər-qardaş kişi xeylağı olmadan gəzmə qadağasına. Keçdilər qaydanı pozan qadınları küçənin ortasında sərt şallağa!
Bu da az edir, radikal islam maniyasına. İndi də keçiblər, qadın adlarına. Qadınlar adları ilə qəti özlərini təqdim etməməli və çağırılmamalıdırlar. Qadınlar “inək, keçi, bu kimi” adlar ilə çağırılsın. Yəni, ər həkimə desin ki, mənim keçim xəstədir.
Onları 9 ay bətnində saxlayıb, doğub, böyüdən ananı, gələcək uşaqlarını, nəslini doğacaq qız- gəlinləri alçaldır, aşağılayır heyvan adı verirlər! Çətin, bununla dayansınlar, hələ xeyli işləri var.
Və bütün bu iyrənc vəhşi maniyalarını, insanlıq əksinə hərəkətlərini də tarixi islamla və quranla əsaslandırırlar belə, insan cildindəki məxluqlar! Demək, belə radikal islamçı manyaklara imkan verilərsə, içi Azərbaycan qarışıq, bütün dünyanı bu Əfqanıstana çevirərlər… Kökləri kəsilməlidir.
