DünyaQalmaqal

FIFA kiberhücumu təsdiqlədi: daxili sənədlərin sızdırıldığı iddia olunur

Beynəlxalq Futbol Federasiyası — FIFA kiberhücuma məruz qaldığını təsdiqləyib. Qurumun açıqlamasına görə, hücum nəticəsində məhdud həcmdə şəxsi və işgüzar məlumatlara icazəsiz giriş əldə olunub.

Tacxeber.com “Associated Press”ə istinadən xəbər verir ki, FIFA müvafiq qurumlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib. Təşkilat hücumun nə vaxt baş verdiyini və hansı məlumatların ələ keçirildiyini dəqiqləşdirməyib.

Ötən həftə özünü “Handsome Boy Hacking Club” adlandıran qrup sosial şəbəkədə FIFA-ya aid olduğunu iddia etdiyi sənədlərin ekran görüntüsünü paylaşıb. Qrup daha sonra 12 giqabaytdan çox daxili sənədin sızdırılması barədə paylaşımda hücuma görə məsuliyyəti üzərinə götürdüyünü göstərən cavab yazıb.

FIFA məlumatların qanunsuz əldə edilməsini və yayılmasını, xüsusilə şəxsi məlumatların açıqlanmasını qətiyyətlə pisləyib. Qurum bunun insanların məxfiliyini pozduğunu və zərərçəkənlər üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb.

FIFA hücum faktını təsdiqləsə də, sızdırıldığı deyilən sənədlərin həcmi və məzmunu barədə məlumat verməyib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Dünən susan dillər, bu gün nərildəyən mikrofonlar…

redaktor

Ukrayna Silahlı Qüvvələri Rusiyada iki böyük müəssisəyə zərbə endirib

redaktor

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor