Kriminal

Alim haradadır? Yasəmən Qaraqoyunlu niyə 2 gündür tapılmır, DİN niyə susur?

İki gündür, Azərbaycan Elmlər Akademiyasının əməkdaş alimi Yasəmən Qaraqoyunlunun yoxa çıxması bildirilir. Azərbaycan vətəndaşı, özü də qadının müəmmalı yoxluğunun araşdırılmasını aparmağa məsul müvafiq dövlət orqanı var çox yəqin ki. Niyə bunu, öz vəzifəsini icra etmir? Nə məsələdir? Edirsə, nə çətindir açıqlama versin?

Vətəndaşın doğmaları, işlədiyi elmi kollektiv və tanınmış şəxs olaraq, xalq, cəmiyyət də intizar, müəmmada, iztirabda qalmayıb, bilsin ki, şəxs itkinmi düşüb hələlik tapmaq olmur, ya həbsmi olunub qanun pozuntusu, təqsirimi var, qətləmi yetirilib, ya ölkədən gizli yolla çıxıb gedib, ya da zarafat, oyundurmu, ya başqa nədir, bu cür hal?

Nə çətindir, bu barədə lazımi açıqlama verilsin? Nə lazlmdır, yox yerdən tapmaca halı yaransın?
Bu yoxa çıxma və bu susqunluq qanuna, dövlət hüquq sisteminə və ölkənin adına da, ziyanlıdır axı. Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik strukturu var. Yaxşı olardı ki bir məlumat versin.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

81 dəqiqəlik oğurluq, 36 illik axtarış: muzeydə çərçivələr hələ də boşdur

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin

Tanınmış aparıcı olmaq heç kimə qanundan üstün olmaq hüququ vermir!

redaktor