DünyaMaraqlı

“Pul yatır, pasport al” proqramları nə dərəcədə şəffafdır?

“Pul yatır, pasport al”: 13 proqramdan səkkizi şəffaflıq üzrə 30 faizə çatmayıb.

İnvestisiya müqabilində vətəndaşlıq verən proqramların əksəriyyəti barədə ictimaiyyətə yetərli məlumat açıqlanmır. “IMI Daily”nin 2026-cı il şəffaflıq indeksində qiymətləndirilən 13 proqramdan səkkizi 30 faizdən aşağı nəticə göstərib.

Tacxeber.com nəşrin noyabrın 23-də yayımladığı araşdırmaya istinadən xəbər verir ki, siyahıya 60 faizlə Sent-Lüsiya başçılıq edir. Qrenada 57, Antiqua və Barbuda isə 43 faizlə sonrakı yerlərdədir.

Azərbaycanlı sərmayəçilərin də maraq göstərdiyi Türkiyənin proqramı 6 faiz toplayıb. Misir, Kamboca və Syerra-Leone qiymətləndirmədə sıfır nəticə göstərib.

İndeks hökumətlərin müraciətlər, verilən vətəndaşlıqlar, daxil olan vəsaitlərin istifadəsi və vasitəçilərə nəzarət barədə nə qədər məlumat açıqladığını ölçür. Qiymətləndirmədə yalnız rəsmi mənbələr nəzərə alınıb.

Araşdırmaya görə, bəzi ölkələr müraciət və təsdiq saylarını dərc etmir, digərləri isə maliyyə hesabatlarını gecikdirir və ya əvvəlki illərlə müqayisədə daha az təfərrüat açıqlayır.

Aşağı bal proqramın qanunsuz olduğunu göstərmir: nəticələr onun fəaliyyəti barədə ictimaiyyətə təqdim edilən məlumatların məhdudluğunu əks etdirir.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Rusiya aerodromuna zərbə endirib

redaktor

Norveç aviaşirkətində böhran: səhmlər 85 faiz ucuzlaşıb, reyslər ləğv olunur

admin

“Le Monde”: “Thales”in Azərbaycan müqavilələri Fransada araşdırılır

admin