Salome Zurabişvili bildirir ki, ölkəmizdə “kriminal aləmin” mövcudluğu genişmiqyaslı problemə çevrilib.
Gürcüstanın beşinci prezidentinin sözlərinə görə, hakimiyyət artıq özünün ölkəyə qaytardığı “kriminal aləmə” nəzarət edə bilmir. “Cini şüşədən buraxdılar və geri qaytara bilmirlər”, deyə Salome Zurabişvili Facebook canlı yayımında bildirib.
Onun sözlərinə görə, Bera İvanişvilinin ölkədən getməsi də məhz bu məsələ ilə bağlıdır: “Bidzina İvanişvili oğlunu ölkədən çıxarmağa məcbur oldu”.
“Əslində bu gün biz daha genişmiqyaslı problemlə üz-üzəyik: bu ölkədə kriminal aləmi həvəsləndirdilər, ölkəyə buraxdılar, geri qaytardılar necə istəyirsiniz, elə deyin və artıq bir növ onu idarə edə bilmirlər. Şüşədən buraxdıqları o cini artıq idarə edə bilmirlər, geri qaytara bilmirlər. Ona görə də Bidzina İvanişvili oğlunu ölkədən çıxarmağa, Çinə qədər mümkün qədər uzağa və qoruna biləcəyi bir ölkəyə aparmağa məcbur oldu; axı orada elə sərt rejim var ki, bəlkə də orada daha yaxşı qoruna bilər”, deyə Salome Zurabişvili bəyan edib.
