DünyaHadisə

“Le Monde”: “Thales”in Azərbaycan müqavilələri Fransada araşdırılır

Fransanın Milli Maliyyə Prokurorluğu “Thales” şirkətinin Azərbaycan müqavilələri ilə bağlı istintaq aparır.

Tacxeber.com “Le Monde”un 11 oktyabr 2026-cı ildə yayımladığı araşdırmaya istinadən xəbər verir ki, istintaq 2023-cü ilin iyununda başlanıb. 2024-cü ilin iyununda şirkətin Fransa, İspaniya və Niderlanddakı ofislərində axtarışlar keçirilib.

Materialda şirkətin Bakı ofisinin keçmiş rəhbəri Mehmet Şahanın mümkün korrupsiya əlaqələri barədə iddiaları yer alır. Azərbaycanda mənimsəmə ittihamı ilə 10 il həbsə məhkum edilmiş Şahan təqsirini rədd edir.

“Thales” isə qanun pozuntularını inkar edərək özünün mənimsəmənin qurbanı olduğunu bildirir. Araşdırmanın aparılması şirkətin təqsirinin sübuta yetirilməsi demək deyil.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ABŞ Konqres Kitabxanasında “İrəvan” kitablarının təqdimatına etiraz

admin

Azərbaycanda hərbçilər 1,5 milyon manatlıq yanacağın mənimsənilməsində ittiham olunur

admin

Üç MiQ-31 və iki Su-34: Ukrayna Silahlı Qüvvələri Rusiya aerodromuna zərbə endirib

redaktor