DünyaHadisə

Google”un Fransadakı 1,9 milyard avroluq aktivləri dondurulub

“Google”un müflis olmuş Rusiya bölməsinin müraciəti əsasında Fransada 1,9 milyard avroluq aktivlərlə bağlı təminat xarakterli həbs tədbiri tətbiq edilib.

Tacxeber.com “Journal du Net”ə istinadən xəbər verir ki, məhkəmə icraçısı noyabrın 25-də “Google France”ın baş ofisinə gələrək müvafiq qərarı təqdim edib.

Mübahisə reklam gəlirlərinin bölüşdürülməsindən qaynaqlanır. Rusiya bölməsi iddia edir ki, “Google Ireland” onun gəlirdən aldığı payı kəskin azaldıb. Şirkətin Rusiya bölməsi 2023-cü ildə müflis elan olunub.

Moskva arbitraj məhkəməsi 2026-cı ilin martında “Google Ireland”ın Rusiya bölməsinə təxminən 1,12 milyard avro qaytarmasına qərar verib. Fransadakı tədbir həmin hökmün mümkün icrası üçün vəsaitlərin qorunmasına yönəlib.

Paris məhkəməsi Rusiya hökmünün Fransada tanınıb icra olunmasına ayrıca qərar verməlidir. “Google Ireland” təminat tədbirinin ləğvini tələb edə bilər. Vəsaitlərin dondurulması onların artıq Rusiya tərəfinə köçürüldüyü demək deyil.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Putinin devrilməsinə hazırlıqlar başlayıb

redaktor

İraqda nə baş verir?

redaktor

Uşaqlara seksual məzmunlu mesajlar iddiası: “Apple” məşhur süni intellekt tətbiqini silib

admin