CəmiyyətHadisəPlanet

Azərbaycanın qədim yaşayış məskənində qeyri-adi anbar kompleksi aşkarlanıb

Tovuz rayonundakı Göytəpə Neolit yaşayış məskənində aparılan araşdırmalar zamanı bir-birinə yaxın yerləşən 10 qədim saxlanc qurğusu qeydə alınıb. Onların vahid anbar kompleksinin hissələri olduğu ehtimal edilir.

Tacxeber.com xəbər verir ki, tapıntı barədə noyabrın 26-da Hindistanın “The Times of India” nəşri də yazıb.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun hesabatına əsasən, qurğular 2026-cı il qazıntı mövsümündə sənədləşdirilib. Onların bir kompleks kimi yerləşməsi qədim sakinlərin təsərrüfat fəaliyyətinin necə təşkil olunduğunu araşdırmağa imkan verir. Anbarların tam açılması növbəti tədqiqat mərhələsinə saxlanılıb.

Təxminən 8 min il yaşı olan Göytəpə bölgədə erkən əkinçi icmaların həyatını öyrənmək üçün mühüm abidələrdən sayılır. Əvvəlki qazıntılarda burada bir-birini əvəz edən 14 məskunlaşma mərhələsi müəyyənləşdirilib.

Yeni araşdırmaların qədim icmanın yaşayışını, tikinti ənənələrini və ərzaq ehtiyatlarının saxlanması üsullarını daha aydın təsəvvür etməyə kömək edəcəyi gözlənilir.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Le Monde”: “Thales”in Azərbaycan müqavilələri Fransada araşdırılır

admin

ABŞ Konqres Kitabxanasında “İrəvan” kitablarının təqdimatına etiraz

admin

Azərbaycanda hərbçilər 1,5 milyon manatlıq yanacağın mənimsənilməsində ittiham olunur

admin