“New York Post” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Amerikalı danışıqçıların Rusiya-Ukrayna müharibəsini dekabrın sonu və ya yanvar ayına qədər bitirməyi gözlədikləri barədə açıqlamasını lağa qoyub.
Jurnalistlər Trampdan Vaşinqtonun həqiqətən göstərilən müddət ərzində razılaşma əldə etmək niyyətində olub-olmadığını soruşublar.
“Bunu kim dedi? O, məndən nə etməyimi istəyir?” deyə Amerika prezidenti soruşdu, sonra güldü və otaqdakı baş köməkçiyə baxışlarını çevirdi.
Eyni zamanda, Tramp danışıqlar prosesi üçün konkret bir müddət müəyyən etmək niyyətində olmadığını vurğuladı.
Ağ Ev rəhbəri bildirib ki, “Mənim dəqiq bir zaman xəttim yoxdur. Sadəcə bunun bitməsini istəyirəm”.
Beləliklə, Amerika prezidenti Vaşinqtonun razılaşmanı yanvar ayına qədər başa çatdırmaq niyyətini təsdiqləmədi və sülhə nail olmağın əsas prioritet olaraq qaldığını qeyd etdi.
