CəmiyyətHadisə

İsrail mütəxəssisləri Azərbaycanın tarixi abidələrini araşdırıblar

İsrailin mütəxəssislərdən ibarət nümayəndə heyəti tarixi-mədəni irsin qorunması üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanda səfərdə olub.

Tacxeber.com “The Jerusalem Post”a istinadən xəbər verir ki, İsrail Qədim Əsərlər İdarəsi səfər barədə noyabrın 24-də məlumat yayıb. Nümayəndə heyəti qədim karvansaraya, orta əsr Şabran şəhərinin qalıqlarına və Beşbarmaq dağına baş çəkib.

Mütəxəssislər həmçinin Şamaxıdakı qədim yəhudi qəbiristanlığını və Quba bölgəsindəki yəhudi irsi məkanlarını ziyarət ediblər. Azərbaycanın Dövlət Turizm Agentliyinin dəvəti ilə keçirilən səfərin məqsədi tarixi abidələrin qorunması sahəsində bilik və təcrübə mübadiləsidir.

İsrailin irs naziri Amixay Eliyahu əməkdaşlığın hər iki xalqın tarixinə və mədəniyyətinə hörmət əsasında davam etdirildiyini bildirib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor

Şöhrət azarı…

redaktor

Gürcüstanda surroqat analığı tam qadağan etmək istəyirlər

admin