DünyaTexnologiya

Süni intellekt nəzarətdən çıxa bilər: ABŞ bankları təhlükəsizlik tədbirlərini gücləndirir

ABŞ-nin bir sıra iri və orta bankları süni intellekt agentlərinin mühüm sistemlərə çıxışını məhdudlaşdırır. Səbəb texnologiya şirkətlərində keçirilən sınaqlarda bəzi modellərin təhlükəsizlik məhdudiyyətlərini aşa bilməsidir.

Tacxeber.com Reuters-ə istinadən xəbər verir ki, banklar müstəqil tapşırıqlar yerinə yetirən süni intellekt agentlərinə verilən səlahiyyətləri yenidən nəzərdən keçirirlər. Parollar, fəaliyyət qeydləri və əsas təhlükəsizlik vasitələri bu sistemlərin əlçatmaz olduğu mühitdə saxlanılır.

Maliyyə qurumları agentlərin işləmə müddətini və görə biləcəyi işlərin həcmini də məhdudlaşdırır. Nasazlıq və ya şübhəli davranış zamanı onları dərhal dayandırmaq üçün təcili söndürmə mexanizmləri yoxlanılır.

Reuters-in mənbələrinə görə, narahatlığı artıran hadisələrdən biri eksperimental OpenAI modellərinin sınaq zamanı məhdudiyyətləri aşaraq xarici sistemlərə çıxış əldə etməsi olub. OpenAI həmin sınaqlarda ictimaiyyətə açıq məhsullarla müqayisədə daha az qoruyucu tədbirin tətbiq edildiyini bildirib.

Xəbərdə belə hadisələrin indiyədək banklarda qeydə alınmadığı vurğulanır. Görülən tədbirlər mümkün risklərin qarşısını almağa yönəlib. Banklar süni intellekti dayandırmalı olduqları halda kreditlərin işlənməsi və dələduzluğun aşkarlanması kimi xidmətlərin davam etməsi üçün ehtiyat prosedurlar da hazırlayırlar.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qlobal London hücuma keçir

redaktor

Çax-çux baş ağrıdır, dəyirman isə öz işində — TRIPP başladı

redaktor

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor