CəmiyyətHadisəQalmaqalŞikayət

Şabranda “15 ton arpa” qalmaqalı: icra başçısından şikayət edən sakin cərimələnib

Şabranın Uzunboyad kənd sakini Vüsal Muradov icra başçısı Asif Hüseynovun ondan aldığı 15 ton toxumluq arpanın pulunu ödəmədiyini iddia edir. İcra başçısı isə bunu təkzib edərək sakini böhtan ittihamı ilə məhkəməyə verib.

Tacxeber.com AzadlıqRadiosuna istinadən xəbər verir ki, Muradovun sözlərinə görə, 2019-cu ildə arpanın kiloqramı 70 qəpikdən, ümumilikdə 10 min 500 manata razılaşdırılıb. O, məhsulun rayonun kommunal müəssisəsinə məxsus avtomobillə aparıldığını, pulunun isə ödənilmədiyini bildirir.

Muradov məhkəməyə 10 ton arpa ilə bağlı qaimə-faktura və yük avtomobilinin fotosunu təqdim edib. İcra başçısının nümayəndəsi isə həmin materialların iddianı sübut etmədiyini bildirib. Hüseynov sakindən heç bir məhsul almadığını deyir.

Xaçmaz Rayon Məhkəməsi əvvəlcə Muradova bəraət verib. Lakin icra başçısının şikayətindən sonra Sumqayıt Apellyasiya Məhkəməsi noyabrın 5-də hökmü dəyişib. Muradov böhtan maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimələnib.

Hadisənin təfərrüatları noyabrın 23-də yayımlanan reportajda açıqlanıb.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Land Rover”ə bənzədiyi üçün BYD modelinə Aİ-də satış qadağası qoyulub

admin

Rauf Arifoğlunun ittihamları

redaktor

“Barselona” gəlir peykanlıya

admin