DünyaSiyasət

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

Almaniya Beynəlxalq Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Yanis Klugenin hesablamalarına görə, Ukraynaya qarşı cinayətkar müharibənin başladığı 24 fevral 2022-ci ildən bəri Rusiya hərbi məqsədlərə 58.3 trilyon rubl və ya 710 milyard dollar büdcə vəsaiti xərcləyib.

Ukraynaya qarşı cinayətkar müharibənin maliyyə təminatının əsaslarını yaradan Dövlət Duması 24 noyabr 2026-cı ildə keçirilən plenar iclasında 2027-2029-cu illər üçün federal büdcə qanununun üçüncü və son oxunuşunu təsdiqləyib. Bununla da 1arşıdakı üç ildə Rusiya büdcəsindən hərbi məqsədlər üçün daha 50 trilyon rubl və ya hazırkı kursla 609 milyard dollar xərcləməsi qanun şəklinə salınıb.

İnsan şüuru çox böyük rəqəmləri birbaşa təsəvvür etməkdə çətinlik çəkir. Çünki insan beyni gündəlik həyatda kiçik miqdarları qavramağa uyğunlaşıb. Buna görə də, 24 fevral 2022-ci ildən bəri Rusiyanın hərbi məqsədlərlə xərclədiyi 710 milyard dollar büdcə vəsaitinin nə qədər böyük vəsait olduğunu təsəvvür etməyiniz üçün onu bir statistik məlumatla müqayisə etmək istəyirəm. “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən 2026-cı ilin sentyabr ayının sonuna qədər Azərbaycanın neft-qaz sazişlərindən əldə etdiyi birbaşa gəlirlər təxminən 200 milyard dollardır. Rusiya bundan 3.5 dəfə artığını 24 fevral 2022-ci ildən bəri hərbi məqsədlərlə xərcləyib.

Rusiyanın sadəcə 710 milyard dollar büdcə vəsaiti sərf etdiyi “Xüsusi Hərbi Əməliyyat”ın 4 il 6 ayının tam olmayan məlumatlara ən azı 700 min Rusiya hərbiçisi ölüb. Müqayisə üçün qeyd edim ki, Rusiyanın 4 il 6 ay ərzində Ukraynada ölən əsgərlərinin tam olmayan siyahısı belə ABŞ-ın 14 il ərzində Vyetnamda itirdiyi hərbçilərin sayından 13 dəfə çoxdur. Putinin uğurlu hərbi kampaniya kimi təqdim etdiyi “Xüsusi Hərbi Əməliyyat”ın 4 il 6 ayının ölən hərbçilərinin sayı Azərbaycanın İkinci Qarabağ Müharibəsi zamanı torpaqlarını işğaldan etmək üçün itirdiyi vətən övladlarının sayından ən azı 233 dəfə çoxdur. Azərbaycan təxminən üç min vətən övladının həyatını qurban verdiyi müharibədə işğal altında olan bütün torpaqlarını geri aldı. Rusiyanın isə ən azı 700 min hərbçisini itirdiyi müharibədə yeganə “uğuru” Ukraynanın 20 faiz ərazisini xarabalığa çevirilməsidir.

Hakerləin ələ keçirdiyi məlumatlardan aydın olur ki, 60 min əhalisi olan Pokrovsk şəhərinin işğalı zamanı Rusiya ordusunun 88 700 hərbçisi ölüb. Halbuki, 1945-ci ildə Berlininin ələ keçirilməsi zamanı Qırmızı Ordu 78 291 qurban verib. Berlinin ələ keçirilməsinin on minlərlə əsgərin həyatı bahasına mümkün olacağına görə Müttəfiq Qüvvələrin Ali Baş Komandanı general Duayt Eyzenhauer faşist Almaniyasının paytaxtına hücumdan imtina edib. Putin Rusiya üçün heç bir strateji əhəmiyyəti olmayan və qanuni olaraq sahiblənə bilməyəcəyi Pokrovsk şəhərinin işğalı üçün 88 700 nəfəri qurban verməkdən çəkinməyib.

Rusiyanın müharibənin 4.6 ayı ərzində ən azı 700 min hərbçisini itirdiyini “Belarus Kiber Partizanları” və “Silent Crow” qruplarından olan hakerlərin noyabrın 1-də ələ keçirdiyi Rusiya Federal Statistika Xidmətinin məlumatları təsdiq edir. Rusiyanın bu cinayətkar müharibədə nə qədər canlı qüvvə itirdiyinin tam dəqiqliklə müəyyən etmək yəqin ki, mümkün olmayacaq. The Economist kimi nüfuzlu nəşr Rusiya ordusunun 2026-cı ilin oktyabr ayının sonuna qədər ölü olaraq itkilərinin 800 minə çatdığını bildirir. Rusiyada itgilərin sayının gizlədilməsi ənənəsi o qədər güclüdür ki, Sovet İttifaqının “Böyük Vətən Müharibəsi” adı verdiyi müharibədə nə qədər canlı qüvvə itirdiyi bu günə kimi tam dəqiqləşməyib.

Stalinin 1946-cı ilin martında “Pravda” qəzetinə müsahibəsində Sovet İttifaqının itgilərinin 7 milyon olduğunu bəyan edib. Bundan 44 il sonra Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçov “Böyük Vətən Müharibəsi”ndə SSRİ-nin itgisinin 27 milyon nəfər olduğunu bildirib. Professor Boris Sokolov ətraflı hesablamalar apararaq SSRİ-nin itkilərinin 43.3 milyon nəfər təşkil etdiyini müəyyən edib. Bütün bunlar Rusiyada itgilərin gizlədilməsi və saxtalaşdırılmasının nə qədər böyük miqyasda olduğunu göstərmək baxımından çox ibrətamiz nümunədir.

“Belarus Kiber Partizanları” və “Silent Crow” qruplarından olan hakerlərin ələ keçirdiyi məlumatları təhlil edən “Meduza” və “Mediazona” internet resursların əməkdaşları Rusiya ordusunun Ukraynada hər üç dəqiqədə bir əsgərinin öldüyü qənaətinə gəliblər. Bu məqaləni yazmaq təxminən 120 dəqiqə (2 saat) çəkdi. Bu isə o deməkdir ki, mən məqaləni yazıb bitirinə qədər Rusiya ordusunun daha 40 əsgəri ölüb.
Bunların üzərinə müharibədə şikəst olan milyondan artıq yaralını gəldikdə Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avanturasının neçəyə və nəyə başa gəlməsi ilə bağlı qismən də olsa təəssürat yarana bilər.

Putin başda olmaqla Rusiyanın siyasi-hərbi elitası Ukraynaya qarşı cinayətkar müharibəni ən azı qarşıdakı üç ildə davam etdirmək istəyir. Bu isə Rusiya ordusunun daha bir neçə yüz min əsgərini itirəcəyi, ən azı daha bir milyonun şikəst olacağı deməkdir. Rusiyanın siyasi-hərbi elitası Rusiya cəmiyyətini təşkil edən xalqların demoqrafiyasının dağılmasını qaçılmaz edən bu cinayətkar müharibəni davam etdirmək istəyirsə, bizə də Ukrayna Silahlı Qüvvələrinin atəş gücünün daha öldürücü olmasını arzulamaq qalır.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor

Benqazi hücumu: Müharibə 1700 km uzağa necə çatdı?

redaktor

İranı müharibəsiz ram etmək olarmı?

redaktor